Bu gün Hüquqşünasların Beynəlxalq Komissiyasının – ICJ-nin baş katibi Saman Zarifinin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavini Pərviz Ələkbərov qarşılamışdır.
Görüşdə qonaqlara son dövlər Kollegiya tərəfindən vəkillik sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilmiş və 15-16 noyabrda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövuzunda Kollegiya və Avropa Şurası ilə birgə keçiriləcək konfransa dəstək verdiklərinə görə təşkilatın rəhbərliyinə sədr Anar Bağırov tərəfindən təşəkkür bildirilmişdir.
Eyni zamanda baş katib Saman Zarifi ICJ-nin Azərbaycanda vəkillyin daha da inkişaf etdirilməsində və bu sahədə əməkdaşlıqda maraqlı olduğu bildirilmiş, habelə ICJ-nin dünya çapında göstərdiyi fəaliyyət barədə məlumat vermişdir.
Görüşdə ICJ-nin əməkdaşları Ruaşin Pillay, Temur Şakirov və Ülviyyə Həsənova da iştirak etmişlər.
Sonda qonaqlarla xatirə fotosu çəkilmişdir.