2026-cı il fevralın 7-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Mənzil hüquqlarının qorunması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı və fəaliyyəti” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə
toxunub. Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumrespublika konfransında
müzakirəyə çıxarılaraq qəbul edilmiş vəkillərin il ərzində iştirak etməli
olduğu icbari tədris tədbirlərinin minimal saatı ilə bağlı məsələlər barədə məlumat
verilib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquqi şəxslərin
qeydiyyatı məsələləri üzrə ekspert Aytən Abbasova mənzil hüquqlarının
qorunmasının hüquqi mexanizmləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin
hüquqi statusu, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət
qeydiyyatı qaydası, müştərək cəmiyyətlərin yaradılmasının normativ-hüquqi əsasları,
çoxmənzilli binalarda mülkiyyət hüquqlarının təmin edilməsi, mənzil mülkiyyətçilərinin
kollektiv maraqlarının müdafiəsi və digər əlaqəli məsələlər üzrə geniş çıxış
edib.
Sonda iştirakçıların mövzu
üzrə çoxsaylı sualları birgə müzakirə olunub.
Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 56 üzvü iştirak edib.






