100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Mənzil hüquqlarının qorunması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı və fəaliyyəti” mövzusunda təlim keçirilib

09 February 2026    744 share share

2026-cı il fevralın 7-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Mənzil hüquqlarının qorunması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı və fəaliyyəti” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumrespublika konfransında müzakirəyə çıxarılaraq qəbul edilmiş vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saatı ilə bağlı məsələlər barədə məlumat verilib. 

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquqi şəxslərin qeydiyyatı məsələləri üzrə ekspert Aytən Abbasova mənzil hüquqlarının qorunmasının hüquqi mexanizmləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hüquqi statusu, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı qaydası, müştərək cəmiyyətlərin yaradılmasının normativ-hüquqi əsasları, çoxmənzilli binalarda mülkiyyət hüquqlarının təmin edilməsi, mənzil mülkiyyətçilərinin kollektiv maraqlarının müdafiəsi və digər əlaqəli məsələlər üzrə geniş çıxış edib.

Sonda iştirakçıların mövzu üzrə çoxsaylı sualları birgə müzakirə olunub. 

Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 56 üzvü iştirak edib.