11-14 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti iləAvstriyanın paytaxtı Vyana şəhərində rəsmi səfərdə olub.
Nümayəndə heyətinin tərkibində
VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub
və Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə
yer alıblar.
Səfərin ilk günündə Elçin
Usub və Gözəl Hüseynzadə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri
Şurasının (CCBE) “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin
növbəti iclasında iştirak ediblər. İclas çərçivəsində CCBE-yə üzv qurumlar və
müşahidəçi təşkilatlar tərəfindən hesabatlar təqdim olunub, vəkillik peşəsinin
mövcud vəziyyəti, eləcə də müxtəlif ölkələrin ədalət sistemlərində baş verən
son yeniliklər barədə məlumat mübadiləsi aparılıb.
İclasda çıxış edən VK Rəyasət
Heyətinin üzvü Elçin Usub Kollegiyanın son illər ərzində həyata keçirdiyi
islahatlar və institusional inkişaf istiqamətində görülmüş işlər barədə ətraflı
məlumat verib. O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq
bildirib ki, həmin yeniliklər vəkillik institutunun institusional baxımdan daha
da möhkəmləndirilməsinə, özünüidarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və
peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə
xidmət edir.
Fevralın 12-də nümayəndə
heyəti Vyana səfəri çərçivəsində CCBE-nin Daimi Komitələrinin iclaslarında
iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə
çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və CCBE-nin gələcək fəaliyyət
istiqamətlərinə dair qərarlar qəbul ediblər.
Eyni zamanda fevralın 13-də
Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ölkələrinin
Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında iştirak edib.
Zəngin və çoxşaxəli
proqramı əhatə edən bu konfrans artıq yarım əsrdən çoxdur ki, Avropa ölkələrinin
Vəkillər kollegiyalarının rəhbərləri arasında təcrübə mübadiləsinin aparıldığı
və aktual hüquqi məsələlərin müzakirə olunduğu nüfuzlu dialoq platforması kimi
fəaliyyət göstərir. “Azadlıq və Təhlükəsizlik: müasir cinayətkarlığın təzyiqi
altında hüququn aliliyi” adlı mövzuya həsr olunan konfrans Vyananın tarixi
memarlıq incilərindən biri olan “Palais Ferstel” binasında təşkil edilib.
Konfrans çərçivəsində
iştirakçılar Avstriya Federal Kansleri və Avstriya federal ədliyyə naziri tərəfindən
qəbul ediliblər.
Tədbirin sonunda konfrans
iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.
Səfər çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə VK sədri Anar BağırovAvropa Vəkillər Kollegiyalarının rəhbərləri, eləcə də bir sıra ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslər və Avropa Vəkillər Kollegiyalarının təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.








