Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilmişdir

21 noyabr 2018    3892 share share

Məlum olduğu kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir. Bu təlimlərin davamı olaraq 19.11.2018-ci il və 21.11.2018-ci il tarixlərdə vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda seminar keçirilmişdir. “Park Inn” mehmanxanasında baş tutan seminarlarda 40 vəkil iştirak etmişdir.

Qeyd edək ki, ekspert qismində Berlin Torpaq Məhkəməsinin hakimi cənab Bernhard Dietrich tərəfindən aparılan seminarda “İddia müddətləri”, “Müqavilənin şərtləri”, “Dəbbə pulu” və s. mövzular tədris olunmuş və bu mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Gələcəkdə analoji tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.