Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Beynəlxalq kommersiya arbitrajı” mövzusunda çoxgünlük kursa start verilib

10 mart 2026    578 share share

2026-cı il martın 7-də Vəkillər Kollegiyasının üzvləri üçün “Beynəlxalq kommersiya arbitrajı” mövzusunda çoxgünlük kursa start verilib.

Kursun ilk günündə açılış nitqi ilə çıxış edən Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev iştirakçıları salamlayıb və təlim kursunun işinə müvəffəqiyyətlər arzulayıb. İştirakçıların nəzərinə çatdırılıb ki, bu kurs icbari tədris tədbiri kimi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-1-ci maddəsinə uyğun olaraq vəkillərin peşə hazırlığı və ixtisaslarının artırılması məqsədilə nəzərdə tutulub.

Çıxış edən Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova 7 mart - 9 may tarixlərini əhatə edən kurs müddətində iştirakçılar üçün arbitraj hüququnun aktual məsələlərinə həsr olunmuş mühazirə və müzakirələrin təşkil ediləcəyini bildirib.

Kursun proqramına uyğun olaraq, ilk gün təlimçi qismində çıxış edən Bakı Arbitraj Mərkəzinin İdarə heyətinin üzvü, Almaniyanın Martin Lüter adına Halle–Wittenberg universitetinin professor Azər Əliyev “Arbitraja giriş. Arbitraj sazişləri” mövzusunda geniş təqdimatla mövzunun ətraflı izahını verib.

Mövzu üzrə müxtəlif suallar müzakirəyə çıxarılıb, iştirakçılarla birlikdə interaktiv formada təhlil edilərək fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kurs ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” (“CLDP”), Bakı Arbitraj Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Təlim kursu müddətində Kollegiyanın 45 üzvü iştirak edəcəkdir.