26-29 mart tarixlərində Portuqaliyanın Faro şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti geniş miqyaslı beynəlxalq yaz konfransı keçirilib.
Dörd gün
davam edən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü,
Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli
nümayəndəsi Yunis Nəsibov, VK-nın üzvləri - Sona Səlimli-Ələsgərova və Nurəngiz
Qarayeva sözügedən konfransa qatılıb, o cümlədən tədbirdə dünyanın müxtəlif ölkələrindən
vəkillər və hüquqşünaslar iştirak edib, aktual hüquqi məsələlər, qlobal
çağırışlar habelə hüquq sisteminin inkişaf perspektivləri müzakirə olunub.
Konfrans çərçivəsində rəsmi açılış mərasimi,
ümumi iclaslar, müxtəlif panellər təşkil edilib, xüsusilə “Gənc hüquqşünaslar və
qlobal çağırışlar”, “Demokratiya risk altındadırmı?”, “Avropanın rəqəmsal
platforma tənzimlənməsi: imkanlar və risklər” kimi mövzular geniş müzakirə
olunub. Bununla yanaşı, hüquqşünasların cəmiyyətdə rolu, təşkilatlarda etik məsələlər
və hüquq sahəsində innovasiyalar kimi aktual istiqamətlərə də toxunulub.
Eyni zamanda, konfransda Yunis Nəsibov
və Sona Səlimli-Ələsgərova çıxış edərək Azərbaycanın bu ilin oktyabrında ev
sahibliyi edəcəyi EYBA-nın
payız konfransı barədə məlumat verib,
sözügedən tədbirin yüksək səviyyədə təşkil olunacağı, beynəlxalq hüquq
ictimaiyyəti üçün mühüm platformaya çevriləcəyi və iştirakçılar üçün həm peşəkar,
həm də mədəni baxımdan zəngin proqram təqdim edəcəyi vurğulanıb.
Konfrans çərçivəsində vəkillər
arasında sosial əlaqələrin qurulması, xüsusilə gənc vəkilləri arasında əlaqələrin
genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata
keçirilib.
Sonda iştirakçılara rəsmi ziyafət təşkil
olunub.
Qeyd edək ki, EYBA-nın payız konfransının cari ilin 8-10 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.




