Məlum olduğu kimi, 30.03.2023-cü
il tarixində Amerika Hüquq Məktəbi (SAL proqramı) ilə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (VK) arasında anlaşma memorandumu
imzalanıb. Əldə olunmuş razılığa və müstəsna güzəştlərə uyğun olaraq, qəbul
zamanı VK üzvlərinə üstünlük verilir və onlar üçün xüsusi təhsil haqları və
şərtlər tətbiq edilir.
Mərhələ 1 – SAL (School of American Law)
̶
Oktyabr
2026 – May 2027
̶
10 LL.M
krediti
̶
Tədris
formatı – ayda bir dəfə həftəsonları keçirilən dərslər (onlayn və ya ölkə daxilində
əyani iştirak imkanı ilə)
̶
Dərslər
yalnız ABŞ-ın Chicago-Kent College of Law professorları tərəfindən tədris
olunur
̶
Proqramı
bitirən tələbələrə 10 kredit verilir və bu kreditlər LL.M. dərəcəsinə
hesablanır
̶
TOEFL və
ya IELTS tələb olunmur
̶
Tələbələrə
LL.M müraciəti və ABŞ F-1 tələbə vizası ilə bağlı istiqamətləndirmə verilir
(ailə üzvləri üçün F2 vizası imkanı)
SAL ödəniş:
̶
VK
üzvləri üçün xüsusi təhsil haqqı: 5 825 ABŞ dolları
̶
Bu məbləğ
qeydiyyat müddəti ərzində dəyişməz qalır
VK üzvləri olmayanlar üçün:
̶
30 may
2026-cı ilədək – 6 200 ABŞ dolları
̶
15
sentyabr 2026-cı ilədək – 6 850 ABŞ dolları
Müraciət Qəbulu Prosesi
Zəhmət olmasa aşağıdakı sənədləri
elektron formada təqdim edin:
̶
İngilis
dilində CV
̶
Hüquq
diplomunun surəti
̶
Xarici
pasport və ya şəxsiyyət vəsiqəsinin surəti
̶
VK üzvlük
vəsiqəsi
Sənədlər ingilis dilində təqdim
olunmalıdır. Əgər diplomunuz başqa dildədirsə, onun ingilis dilinə tərcüməsi
əlavə olunmalıdır (notarial təsdiq tələb olunmur).
Sənədlərinizi elektron şəkildə
göndərin:
admissions@salchicagokent.com
admission@chicagokentlaw.ge
Əlavə olaraq, VK elektron poçt
ünvanına (office@barassociation.az) müraciət barədə məlumat verməyiniz xahiş
olunur ki, müvafiq güzəştlər tətbiq edilsin.
Mərhələ 2 - Chicago-Kent College of Law, Illinois Tech-də LL.M.
Keçid: SAL proqramını bitirdikdən
sonra Chicago-Kent-də LL.M proqramına keçid tam zəmanətlidir.
Müddət:
̶
5 ay (1
semestr) və ya
̶
9 ay (2
semestr)
Təqaüdlər:
̶
Bütün SAL
məzunları avtomatik olaraq 75% təhsil haqqı təqaüdü əldə edir
̶
SAL
proqramını 4.0 GPA ilə bitirənlər 100% təqaüd qazanır
İxtisaslaşmalar (2 semestr üçün):
̶
U.S.,
International and Transnational Law
̶
Global
Business & Financial Services Law
̶
Legal
Innovation and Technology
̶
Trial
Advocacy
̶
International
Intellectual Property Law
Əlavə imkan:
Dual LL.M & MBA proqramı (2
il) – həm hüquq, həm biznes üzrə iki diplom
Dil tələbi:
SAL məzunları üçün TOEFL tələbi aradan
qaldırılır
Chicago-Kent Təhsil Haqqı
̶
1 semestr
LL.M: 10 000 ABŞ dolları (əvəzinə 43 860 ABŞ dolları)
̶
2 semestr
LL.M: 17 250 ABŞ dolları
̶
Dual LL.M
& MBA (2 il): 53 570 ABŞ dolları
Qeyd: Ödənişlər ABŞ-a gəldikdən
sonra hissə-hissə edilə bilər.
Üstünlüklər:
̶
SAL
bitirdikdən sonra 3 ilədək təxirə salma imkanı
̶
Chicago-Kent
hüquq klinikalarında təcrübə (internship)
̶
ABŞ
məhkəmələri, hüquq firmaları və korporasiyalarda externship imkanları
̶
Karyera
planlaşdırılması üzrə fərdi dəstək
̶
OPT
proqramı – ABŞ-da 12 ay işləmək imkanı
̶
2
semestrdən sonra ABŞ-da bar imtahanı vermək imkanı
̶
Təhsil dünyanın
aparıcı hüquq və maliyyə mərkəzlərindən biri olan Çikaqoda keçirilir
Əlaqə məlumatları:
+1 (773) 627-7522 (WhatsApp)
+995 577 97 40 01 (WhatsApp)
+995 599 340 770 (WhatsApp)
Müraciət üçün:
admissions@salchicagokent.com
admission@chicagokentlaw.ge