100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

SAL proqramı yeni semestr üçün qeydiyyatı açıq elan edir

16 April 2026    18878 share share

Məlum olduğu kimi, 30.03.2023-cü il tarixində Amerika Hüquq Məktəbi (SAL proqramı) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) arasında anlaşma memorandumu imzalanıb. Əldə olunmuş razılığa və müstəsna güzəştlərə uyğun olaraq, qəbul zamanı VK üzvlərinə üstünlük verilir və onlar üçün xüsusi təhsil haqları və şərtlər tətbiq edilir.

Mərhələ 1 – SAL (School of American Law)

̶          Oktyabr 2026 – May 2027

̶          10 LL.M krediti

̶          Tədris formatı – ayda bir dəfə həftəsonları keçirilən dərslər (onlayn və ya ölkə daxilində əyani iştirak imkanı ilə)

̶          Dərslər yalnız ABŞ-ın Chicago-Kent College of Law professorları tərəfindən tədris olunur

̶          Proqramı bitirən tələbələrə 10 kredit verilir və bu kreditlər LL.M. dərəcəsinə hesablanır

̶          TOEFL və ya IELTS tələb olunmur

̶          Tələbələrə LL.M müraciəti və ABŞ F-1 tələbə vizası ilə bağlı istiqamətləndirmə verilir (ailə üzvləri üçün F2 vizası imkanı)

SAL ödəniş:

̶          VK üzvləri üçün xüsusi təhsil haqqı: 5 825 ABŞ dolları

̶          Bu məbləğ qeydiyyat müddəti ərzində dəyişməz qalır

     VK üzvləri olmayanlar üçün:

̶          30 may 2026-cı ilədək – 6 200 ABŞ dolları

̶          15 sentyabr 2026-cı ilədək – 6 850 ABŞ dolları

Müraciət Qəbulu Prosesi

Zəhmət olmasa aşağıdakı sənədləri elektron formada təqdim edin:

̶          İngilis dilində CV

̶          Hüquq diplomunun surəti

̶          Xarici pasport və ya şəxsiyyət vəsiqəsinin surəti

̶          VK üzvlük vəsiqəsi

Sənədlər ingilis dilində təqdim olunmalıdır. Əgər diplomunuz başqa dildədirsə, onun ingilis dilinə tərcüməsi əlavə olunmalıdır (notarial təsdiq tələb olunmur).

Sənədlərinizi elektron şəkildə göndərin:

admissions@salchicagokent.com

admission@chicagokentlaw.ge

Əlavə olaraq, VK elektron poçt ünvanına (office@barassociation.az) müraciət barədə məlumat verməyiniz xahiş olunur ki, müvafiq güzəştlər tətbiq edilsin.

Mərhələ 2 - Chicago-Kent College of Law, Illinois Tech-də LL.M.

Keçid: SAL proqramını bitirdikdən sonra Chicago-Kent-də LL.M proqramına keçid tam zəmanətlidir.

Müddət:

̶          5 ay (1 semestr) və ya

̶          9 ay (2 semestr)

 Təqaüdlər:

̶          Bütün SAL məzunları avtomatik olaraq 75% təhsil haqqı təqaüdü əldə edir

̶          SAL proqramını 4.0 GPA ilə bitirənlər 100% təqaüd qazanır

 İxtisaslaşmalar (2 semestr üçün):

̶          U.S., International and Transnational Law

̶          Global Business & Financial Services Law

̶          Legal Innovation and Technology

̶          Trial Advocacy

̶          International Intellectual Property Law

 Əlavə imkan:

Dual LL.M & MBA proqramı (2 il) – həm hüquq, həm biznes üzrə iki diplom

Dil tələbi:

 SAL məzunları üçün TOEFL tələbi aradan qaldırılır

Chicago-Kent Təhsil Haqqı

̶          1 semestr LL.M: 10 000 ABŞ dolları (əvəzinə 43 860 ABŞ dolları)

̶          2 semestr LL.M: 17 250 ABŞ dolları

̶          Dual LL.M & MBA (2 il): 53 570 ABŞ dolları

Qeyd: Ödənişlər ABŞ-a gəldikdən sonra hissə-hissə edilə bilər.

 

Üstünlüklər:

̶          SAL bitirdikdən sonra 3 ilədək təxirə salma imkanı

̶          Chicago-Kent hüquq klinikalarında təcrübə (internship)

̶          ABŞ məhkəmələri, hüquq firmaları və korporasiyalarda externship imkanları

̶          Karyera planlaşdırılması üzrə fərdi dəstək

̶          OPT proqramı – ABŞ-da 12 ay işləmək imkanı

̶          2 semestrdən sonra ABŞ-da bar imtahanı vermək imkanı

̶          Təhsil dünyanın aparıcı hüquq və maliyyə mərkəzlərindən biri olan Çikaqoda keçirilir

Əlaqə məlumatları:

+1 (773) 627-7522 (WhatsApp)

+995 577 97 40 01 (WhatsApp)

+995 599 340 770 (WhatsApp)

Müraciət üçün:

admissions@salchicagokent.com

admission@chicagokentlaw.ge