30 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun 70 illik yubileyinə həsr olunan elmi-təntənəli tədbir keçirilib.
Hüquq
fakültəsinin dekanı Zaur Əliyev tədbir iştirakçılarını salamlayıb və tanınmış
alim və pedaqoq, professor Rüstəm Məmmədovun 70 illik yubileyinə həsr olunan tədbiri
açıq elan edib.
Çıxış edən
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov
professor Rüstəm Məmmədovun beynəlxalq hüquq elminin, xüsusilə Xəzər dənizinin
hüquqi statusunun araşdırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.
Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov professor Rüstəm Məmmədovun
beynəlxalq hüquq üzrə fundamental tədqiqatlarına diqqət çəkərək alimin hüquq
elminə töhfələrini yüksək dəyərləndirib.
Vəkillər
Kollegiyasının sədri Anar Bağırov professor Rüstəm Məmmədovu “Fəxri vəkil”
diplomu və xüsusi vəkil mantiyası ilə təltif edib.
AMEA-nın
müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova çıxış edərək
professor Rüstəm Məmmədovun elmi-pedaqoji və insani keyfiyyətlərini yüksək qiymətləndirib.
Hüquq və
İnsan Haqları İnstitutunun idarə heyətinin sədri Məhəmməd Quluzadə professor Rüstəm
Məmmədovun çoxsaylı elmi əsərlərinin mühüm əhəmiyyətindən bəhs edib.
Tədbirdə
digər çıxış edənlər - Konstitusiya Məhkəməsinin nümayəndəsi İntiqam Eyvazov,
Hüquq fakültəsinin müəllimləri və professor Rüstəm Məmmədovun tələbələri -
hüquq elmləri doktoru Turqay Hüseynov, hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim
Məmmədov, hüquq elmləri üzrə fəlsəfə doktoru Əlizadə Məmmədov və digərləri onun
zəngin yaradıcılıq və pedaqoji irsindən bəhs ediblər.
Tədbirə
yekun vuran Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Rüstəm Məmmədovun
Hüquq fakültəsində yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasında mühüm
rol oynadığını, onun elmi-pedaqoji fəaliyyətinin fakültənin inkişafına əhəmiyyətli
töhfələr verdiyini vurğulayıb.
70 illik
yubileyi münasibətilə professor Rüstəm Məmmədov Hüquq fakültəsinin fəxri fərmanı
ilə təltif edilib.
Tədbirin sonunda professor Rüstəm Məmmədov təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.













