Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və “AZCON Holding”in Hüquq departamentinin direktoru Toğrul Quluzadə Niderland Krallığında yerləşən Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya və Arbitraj hüququ sahələri üzrə elmi tədqiqat işini uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
Alimin “Korporativ
hüquq və beynəlxalq investisiya hüququ sahəsində səhmdarların (investorların)
dolayı zərərə görə iddia qaldırma hüququ” mövzusunda apardığı fundamental elmi
araşdırması kitab şəklində nəşr olunub.
Kitab Niderland
Krallığının Haaqa şəhərində fəaliyyət göstərən “Boom Juridisch” nəşriyyatı tərəfindən
Leyden Universitetinin Hüquq Fakültəsinin Korporativ hüquq (Xüsusi hüquq)
İnstitutunun Biznes və Hüquq Tədqiqat Şəbəkəsi (Business and Law Research
Network) seriyası çərçivəsində ingilis dilində çap edilib.
Hazırda nəşr Leyden
Universitetinin rəsmi internet səhifəsində, universitetin Hüquq fakültəsinin
kitabxanasında, eləcə də “Amazon” platformasında və Avropanın digər nüfuzlu elmi
mənbələrində həm elektron, həm də çap formatda əlçatan vəziyyətdədir.
Bildirilir ki, bu nailiyyət Azərbaycan hüquq elminə və beynəlxalq hüquq tədqiqatlarına mühüm töhfə olmaqla yanaşı, korporativ, investisiya, habelə arbitraj hüququ sahəsində yeni perspektivlərin açılmasına xidmət edir.




