Gürcüstan Vəkillər Kollegiyasının sədri
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın
Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimovun vəfatı
ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinə başsağlığı
məktubu ünvanlamışdır.
Məktubda deyilir:
"Hörmətli Anar müəllim,
Gürcüstan
Vəkillər Kollegiyası adından Azərbaycan Vəkillər Kollegiyasının Ağsaqqallar
Şurasının sədri cənab İkram Kərimovun vəfatı ilə əlaqədar dərin hüznlə
başsağlığı veririk.
Bu ağır
itki barədə xəbər bizi dərindən kədərləndirdi. İkram Kərimovun hüquq peşəsinə
uzun illər ərzində göstərdiyi fədakar xidmətləri, eləcə də hüquq
ictimaiyyətinin inkişafına və möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələr
daim böyük ehtiramla yad ediləcəkdir.
Bu
kədərli günlərdə mərhumun ailəsinin, həmkarlarının, dostlarının və bütövlükdə
Azərbaycan hüquq ictimaiyyətinin dərdinə şərik olduğumuzu bildiririk.
Allah rəhmət eləsin. Mərhumun ailəsinə, yaxınlarına və
həmkarlarına səbr və möhkəmlik diləyirik.
Hörmətlə,
Sədr
İrakli Kandaşvili"
