Gürcüstan Vəkillər Kollegiyasının sədri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimovun vəfatı ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinə başsağlığı məktubu ünvanlamışdır.
Məktubda deyilir:
Hörmətli Anar müəllim,
Gürcüstan Vəkillər Kollegiyası adından Azərbaycan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri cənab İkram Kərimovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.
Bu ağır itki barədə xəbər bizi dərindən kədərləndirdi. İkram Kərimovun hüquq peşəsinə uzun illər ərzində göstərdiyi fədakar xidmətləri, eləcə də hüquq ictimaiyyətinin inkişafına və möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələr daim böyük ehtiramla yad ediləcəkdir.
Bu kədərli günlərdə mərhumun ailəsinin, həmkarlarının, dostlarının və bütövlükdə Azərbaycan hüquq ictimaiyyətinin dərdinə şərik olduğumuzu bildiririk.
Allah rəhmət eləsin. Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına səbr və möhkəmlik diləyirik.
Hörmətlə,
Sədr
İrakli Kandaşvili
