27 sentyabr - Anım Günü ilə münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Belə ki, sentyabrın
25-də “Pro Bono” Vəkil Bürosu, "Mərkəz" Vəkil Bürosu, Bakı şəhəri 5
saylı Vəkil Bürosu, Bakı şəhəri 10 saylı Vəkil Bürosu, Bakı şəhəri 11 saylı Vəkil
Bürosu, Bakı şəhəri 19 saylı Vəkil Bürosu, Bakı şəhəri 20 saylı Vəkil Bürosu, Gəncə
Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu və Mingəçevir şəhər Vəkil
Bürosunun vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Vətəndaşlar tərəfindən
edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ,
hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı
və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər
tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində
lazımi addımlar atılıb.
Aksiyada vəkillər tərəfindən ümumilikdə 80 vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.









































