100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Anım Günü ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

27 September 2026    158 share share

27 sentyabr - Anım Günü ilə münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

Belə ki, sentyabrın 25-də “Pro Bono” Vəkil Bürosu, "Mərkəz" Vəkil Bürosu, Bakı şəhəri 5 saylı Vəkil Bürosu, Bakı şəhəri 10 saylı Vəkil Bürosu, Bakı şəhəri 11 saylı Vəkil Bürosu, Bakı şəhəri 19 saylı Vəkil Bürosu, Bakı şəhəri 20 saylı Vəkil Bürosu, Gəncə Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.

Aksiyada vəkillər tərəfindən ümumilikdə 80 vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.