Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində vəkillər üçün “Yuvenal ədliyyə və uşaq hüquqlarının müdafiəsi” mövzusunda distant qaydada təlim keçirilib.
Belə ki, cari ilin
noyabrın 13-də distant qaydada təşkil olunmuş təlimdə Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası
kafedrasının müdiri, baş ədliyyə müşaviri, hüquq elmləri doktoru Mətanət Əsgərova
təlimçi qismində çıxış edib.
Təlimdə yetkinlik
yaşına çatmayanların cinayət məsuliyyəti, uşaqların ədalət mühakiməsinə çıxış
hüququ, bərpaedici ədalət, uşaqyönümlü ədalət mühakiməsi, yetkinlik yaşına
çatmayanların hüquqlarının təminatı, uşaqların ədalət mühakiməsinə çıxışı ilə
bağlı beynəlxalq sənədlər və digər əlaqəli məsələlər geniş müzakirə edilib.
Təlimin sonunda təlimçi
tərəfindən iştirakçıların sualları dinlənilib və müvafiq fikir mübadiləsi
aparılıb.
Təlimdə VK-nın 36 üzvü iştirak edib.


