2026-cı il noyabrın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
Görüşdə Anar Bağırov
qonağı salamlayaraq Kollegiyanın fəaliyyəti, son illərdə həyata keçirilən işlər,
vəkillik institutunun inkişafı, eləcə də ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatları və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat
verib.
Sədr VK ilə BMT-nin
müxtəlif qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini
yüksək qiymətləndirərək, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb.
Öz növbəsində, Dmitro
Şlapaçenko göstərilən səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin ixtisaslaşmış
qurumları barədə əlavə məlumat verib.
Görüş çərçivəsində Kollegiya
Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli ötən dövrlərdə
görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki islahatların nəticələri
barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonağın nəzərinə
çatdırıb.
Sonra qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Yekunda Anar Bağırov qonağa VK-nın rəsmi nəşrlərini hədiyyə edib.




