Vəkillər
Kollegiyasının Biznes Hüququ Komitəsi tərəfindən aktual hüquqi məsələlərin
müzakirəsi, elmi yanaşmaların və praktiki təcrübənin bölüşülməsi məqsədilə təşkil
olunan silsilə müzakirə forumları davam etdirilir.
Növbəti
forum çərçivəsində Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təqdimatla
çıxış edib. O, ABŞ-da hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi almaq üçün
müdafiə etdiyi “Anqlo-sakson və roman-german hüquq sistemlərində hakimlərin
mülahizə sərbəstliyi: Elinor Ostromun IAD çərçivəsi əsasında müqayisəli hüquqi
və institusional təhlil” mövzusunda tədqiqat işinin əsas müddəalarını
iştirakçıların diqqətinə çatdırıb.
Təqdimat
zamanı müxtəlif hüquq sistemlərində hakimlərin mülahizə sərbəstliyinin hüquqi və
institusional aspektləri, bu sahədə müqayisəli yanaşmalar və tədqiqatın elmi nəticələri
ətrafında fikir mübadiləsi aparılıb.
Sonda
iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı geniş
müzakirələr keçirilib.


