Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi tərəfindən aktual hüquqi məsələlərin müzakirəsi, elmi yanaşmaların və praktiki təcrübənin bölüşülməsi məqsədilə təşkil olunan silsilə müzakirə forumları davam etdirilir.
Növbəti forum çərçivəsində Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təqdimatla çıxış edib. O, ABŞ-da hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi almaq üçün müdafiə etdiyi “Anqlo-sakson və roman-german hüquq sistemlərində hakimlərin mülahizə sərbəstliyi: Elinor Ostromun IAD çərçivəsi əsasında müqayisəli hüquqi və institusional təhlil” mövzusunda tədqiqat işinin əsas müddəalarını iştirakçıların diqqətinə çatdırıb.
Təqdimat zamanı müxtəlif hüquq sistemlərində hakimlərin mülahizə sərbəstliyinin hüquqi və institusional aspektləri, bu sahədə müqayisəli yanaşmalar və tədqiqatın elmi nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı geniş müzakirələr keçirilib.


