Məlum olduğu kimi, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 23 dekabr 2018-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
Onu da qeyd edək ki,
23 dekabr 2018-ci il tarixdə keçiriləcək yazılı test imtahanında
180 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər
20 dekabr 2018-ci il tarixədək davam edəcək sənəd qəbulunda
140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün
40 yerin qaldığını nəzərə almalıdırlar.
Əlavə olaraq bildiririk ki, vəkil olmaq üçün tələb olunan 3 il hüquq stajının tamam olmasına 3 ay qalmış şəxslər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər
http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı,
http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini
orkhan.babayev@barassociation.az elektron poçt ünvanına 20 dekabr 2018-ci il tarixədək göndərməlidirlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.