Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AVROPA ŞURASININ RƏSMİSİ VƏKİLLƏR KOLLEGİYASINDA OLMUŞDUR

07 may 2019    4053 share share

Bu gün Avropa Şurasının Siyasi məsələlər direktoratlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını ziyarət etmişdir. Səfərin məqsədi Azərbaycanın Avropa Şurasına üzvlük öhdəliklərinin icrası vəziyyəti ilə bağlı növbəti monitorinq hesabatını hazırlamaqdan ibarətdir.

Kollegiyanın sədri Anar Bağırov Strasburqdan gəlmiş nümayəndə heyətini salamlayaraq, ölkəmizdə vəkilliyinin müstəqilliyinin daha da gücləndirilməsi, vəkillərin peşə hazırlığının artırılması, vəkillərin tədrisi məsələləri üzrə Avropa Şurası ilə səmərəli əməkdaşlıq və onun nəticələri, ölkəmizdə Avropa Şurasının HELP proqramının təşviqi barədə ətraflı məlumat vermişdir. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ziyarət çərçivəsində qonaqlar Vəkillər Kollegiyasının inzibati binası ilə tanış edilmişlər.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Missiyasının rəhbəri Fəxrəddin İsmayılov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes də iştirak etmişlər.