Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Vergi, bank və inzibati hüquq mövzusunda seminarlar

22 may 2019    2646 share share

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur. 

Bunu nəzərə alaraq, 12.06.2019-cu il tarixdə “Bank hüququnun əsasları”, 14.06.2019-cu il tarixdə “Vergi Məcəlləsinə edilən son dəyişikliklər (hüquqi və iqtisadi istiqamətlərdə)” və 05.07.2019-cu il tarixdə “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması”  mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, seminarlarda ekspert qismində 12.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov, 14.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev və 05.07.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Vəkillər Kollegiyasının üzvü Elçin Usubun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu (təlimin adı qeyd olunmaqla) Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Seminarların keçiriləcəyi yerlə bağlı əlavə məlumat veriləcəkdir. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.