Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

24 may 2019    3759 share share

Bugün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin və vəkilliyə namizədlərin icbari təliminin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat vermişdir.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, o cümlədən, iyun ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.

Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş, əvvəllər vəkil və hakim işləmiş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içmişlər. 

İclasda “Əkrəm Həsənov və partnyorları” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı məsələyə baxılaraq müsbət qərar verilmiş, o cümlədən, “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydaların layihəsi müzakirə olunmuşdur (Layihə ilə tanış olmaq üçün keçid).

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.