Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilmişdir

24 iyul 2019    1510 share share

Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilmişdir.

Yığıncağı açılış nitqi ilə açan Anar Bağırov son zamanlar Kollegiya tərəfindən həyata keçirilən islahatıar, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən, vəkil qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının gücləndirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.

Bundan başqa, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun cari fəaliyyəti, büronun işinin təkmilləşdirilməsi üzrə görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirdə həmçinin, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun müdiri, vəkil Şamil Atakişiyev müdir vəzifəsindən azad olunması ilə bağlı ümumi yığıncaq iştirakçılarına müraciət etmiş, ümumi yığıncağın qərarı ilə onun müraciəti təmin olunmuşdur.

Daha sonra vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilmiş, ümumi yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən büronun vəkili Fazil Nəhmətov müdir seçilmişdir.

Vəkillər Kollegiyasının rəhbərliyi büronun yeni seçilmiş müdiri Fazil Nəhmətovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.