Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizə yeni təyin olnmuş nümayəndəsi Vəkillər Kollegiyasında olmuşdur

22 avqust 2019    2508 share share

Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Quido Ambrosonun rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasını ziyarət etmişdir.

Rəsmi qonağı salamlayan Kollegiyanın sədri Anar Bağırov ona yeni işində uğurlar arzulayaraq Nümayəndəliyin rəsmisinin artıq ikinci dəfədir ki, Kollegiyanı ziyarət etdiyini vurğulamış və Vəkillər Kollegiyasının BMT-nin digər alt qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.

Daha sonra Anar Bağırov tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması, xüsusilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması, ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq vəkillərimizin humanitar, qaçqınlar ilə bağlı hüquq sahəsində biliklərinin dərinləşdirilməsinin zəruri olduğunu vurğulamış və Qaçqınlar üzrə Ali Komissarlığın bu sahədəki təcrübəsindən faydalanmağın vacibliyini qeyd etmişdir.

Sonra Quido Ambroso rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, xüsusilə sığınacaq üçün ölkəmizə imiqrasiya etmiş əcnəbi qaçqınların maraqlarının müdafiəsi üzrə görülən işlər və bu istiqamətdə Vəkillər Kollegiyası ilə əməkdaşlığın faydalı ola biləcəyi barədə fikirlərini bölüşmüşdür.

Sonda qonaqla xatirə fotosu çəkilmişdir.