Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə" Təlimat

04 yanvar 2020    5251 share share

DÖVLƏT HESABINA GÖSTƏRİLƏN HÜQUQİ YARDIMA GÖRƏ HAQQIN VƏKİLLƏRƏ ÖDƏNİLMƏSİ BARƏDƏ

Hörmətli vəkillər!

Məlum olduğu kimi, bu ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə haqqın ödənilməsi Vəkillər Kollegiyası tərəfindən həyata keçiriləcəkdir. Bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə nəzərdə tutulmuş vəsaitin sərəncamçısı qismində Vəkillər Kollegiyası müəyyən edilmişdir.

Dövlət büdcəsində nəzərdə tutulmuş həmin vəsaitin vaxtında, təyinatı üzrə və düzgün istifadə edilməsi Vəkillər Kollegiyası qarşısında duran vacib məsələlərdən biridir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 24.12.2019-cu il tarixli qərarı ilə "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barəd" Təlimat təsdiq edilmişdir.

Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət hesabına hüquqi yardıma görə haqqın vəkillərə ödənilməsi yalnız məhkəmə qərarı əsasında aparılacaqdır. Təsdiq olunmuş Təlimata əsasən vəkillərə dövlət hesabına hüquqi yardıma görə haqqın ödənilməsi üçün vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə aşağıdakı sənədlər təqdim edilməlidir:

a) Müşayiət məktubu;
b) Müvafiq məhkəmə qərarı (hökmü);
c) Vəkil hesabatının surəti;
d) Vəsait köçürüləcək bank rekvizitləri barədə məlumat (arayış).

Ödənişlər vəkil qurumlarında fəaliyyət göstərən vəkillərə münasibətdə vəkil qurumlarının bank hesabına, fərdi qaydada fəaliyyət göstərən vəkillərə münasibətdə isə onların müvafiq bank hesabına köçürüləcəkdir.

Adı çəkilən Təlimat və Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə Hesabat (vəkilin hesabatı) forması ilə aşağıdakı linkdən istifadə etməklə tanış olmaq olar.

YÜKLƏ