Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan həqiqətləri 40 ölkənin Vəkillər Kollegiyalarına çatdırıldı

13 oktyabr 2020    2704 share share

LAWASIA təşkilatı Amerika, Avropa, Asiya, Afrika, Avstraliya qitələrini əhatə edən, hüquq peşəsinin maraqları və problemləri ilə bağlı fəaliyyət göstərən, hakim, vəkil və hüquq təşkilatlarının üzv olduğu assosiasiyadır. Təşkilatın tərkibinə 40-dan artıq yurisdiksiyanı təmsil edən şəxslər və hüquq birlikləri daxildir.


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası isə, MDB və Şərqi Avropa regionunda LAWASIA-ya üzv olan ilk Vəkillər Kollegiyasıdır.
 

Belə ki, LAWASIA Şurasının illik iclasında çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov yüksək beynəlxalq nüfuza malik LAWASIA təşkilatının iclasına dəvət olunduqları üçün təşkilatın prezidentinə təşəkkürünü çatdırmış, təmsil etdiyi qurumun beynəlxalq əlaqələrə çöx böyük əhəmiyyət verdiyini, bir çox nüfuzlu təşkilatlarının üzvü olduğunu, eləcə də Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi baxımından LAWASIA-ya üzv olmağının önəmli olacağını bildirmişdir.


Kollegiyanın sədri tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti, son günlərdə cəbhə bölgəsində baş verən münaqişə, o cümlədən, erməni terrorçuları tərəfindən Azərbaycanın mülki əhalisinin sıx yaşadığı yerlərin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məlumat vermiş, Ermənistan tərəfindən 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarının və digər beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulduğunu bildirmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi terror siyasətinin LAWASIA üzvləri tərəfindən də qınanılmasının arzu olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.


Daha sonra Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyası və son bir neçə il ərzində vəkillik fəaliyyətinin inkişafı üçün görülmüş işlər barədə iştirakçıları məlumatlandırmış, təmsil etdiyi qurumun regionda və ondan kənarda vəkillər, iş adamları və hökumətlər arasında böyük nüfuza malik, hüquq peşəsinin maraqları müdafiə edən LAWASIA-ya üzv olmaqdan çox məmnun olacağını bildirmişdir.


İclasda təşkilata üzvlük məsələsi müzakirə edilmiş və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası LAWASIA-ya üzv olaraq qəbul edilməsi qərara alınmışdıq.


Bundan başqa, iclasda regionda hüquq peşəsini və vəkillik fəaliyyəti maraqlandıran bir sıra məsələlər müzakirə edilmişdir.