Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası erməni vandalizmini və haqq səsimizi dünyaya duyurmağa davam edir

04 dekabr 2020    1739 share share

Sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulmuşdur.

Erməni silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu. Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsərdilər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.

Qeyd olunan müraciət ictimaiyyətin diqqətinə təqdim edilir:

PDF Aze - Vəkillər Kollegiyasının müraciəti
PDF Eng - Call of Azerbaijani Bar Association
PDF Ru - Обращение Азербайджанской Коллегии Адвокатов