Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq davam etdirilir

19 fevral 2021    1822 share share

19 fevral 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin nümayəndələri və Vəkillər Kollegiyası rəhbərliyi arasında keçirilmiş görüşdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən vəkillik sahəsində görülmüş işlər, regionallarda həyata keçirilən layihələr, vəkilliyə qəbulun vəziyyəti barədə məlumat verilmiş, o cümlədən ötən dövr ərzində BMT və onun struktur bölmələri ilə daha sıx əlaqələr yaradıldığı diqqətə çatdırılmışdır.

Cənubi Qafqazdakı ofisin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov təmsil etdiyi qurumun Vəkillər Kollegiyası ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmiş və bununla bağlı onu maraqlandıran sualları ünvanlamışdır.

A.Bağırov maraq doğuran məsələlərdən və səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən bəhs etmiş, digər tərəfdən isə, pandemiya səbəbilə qarşıya qoyulan hədəflərdə az da olsa maneələr yaranmasına baxmayaraq, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında keçirilən layihələrə vəkillər fəal şəkildə cəlb olunur və az təminatlı ailələr üçün mütəmadi olaraq pulsuz hüquqi yardım kampaniyası təşkil edilir.

Ən əsası, erməni təxribatı, dinc əhaliyə qarşı törədilən terror əməllər və hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş mülki şəxslərin, şəhid ailələrinin və yaralanmış qazilərin evlərinin vəkillər tərəfindən ziyarət edilərək ödənişsiz hüquqi yardımın göstərilməsi və məhkəmə proseslərində ödənişsiz təmsilçiliyin həyata keçirməsi barədə məlumat vermişdir.

Eyni zamanda, Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov, layihə koordinatoru Rəşad Əliyev, Kollegiyanın aparat rəhbəri Bayram Orucov, sədrin müşaviri Fərhad Nəcəfov da görüşdə iştirak etmiş və hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunmuşdur.