Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

05 may 2021    2581 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş və iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə bəzi məsələlər müzakirə edilmişdir.
 
Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
 
İclasda, həmçinin, Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilmişdir.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmiş və sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmişdir.