Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

CCBE & VK birgə vebinar: İntizam məsələləri - peşə sirri və vəkillərin ifadə azadlığı

03 yanvar 2022    2399 share share

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə 12.01.2022-ci il tarixdə, saat 12:00-15:00 aralığında “İntizam məsələləri peşə sirri və vəkillərin ifadə azadlığı” mövzusunda vebinar keçiriləcəkdir.

Tədbirin açılışı ARVK-ın sədri Anar Bağırov və CCBE-nin vitse-prezidenti Pierre-Dominique Schupp tərəfindən birgə şəkildə ediləcəkdir.
 
Daha sonra isə, aşağıdakı mövzular üzrə adları qeyd olunan spikerlər təqdimatla çıxış edəcəklər:

       1. Azərbaycanda vəkillər üçün mövcud intizam qaydaları - peşə sirri və vəkillərin ifadə azadlığı.
Şahmar Məmmədov - ARVK Vəkillərin İntizam Komissiyasının sədri;
İlhamə Həsənova - ARVK Vəkillərin İntizam Komissiyasının sədr müavini.

      2. CCBE Avropa hüquq peşəsinin əsas prinsipləri Xartiyası,Avropa vəkilləri üçün Davranış Kodeksi və yaxın zamanda qəbul olunmuş model Davranış Kodeksi
Jean-Louis JORIS CCBE-nin İntizam Komitəsinin nümayəndəsi.

      3. Milli təcrübələrin təqdimatı və fikir mübadiləsi, sual-cavab sessiyası:
Belçika - Aleks Tallon, Brüssel Vəkillər Kollegiyasının keçmiş prezidenti, Flemiş Vəkillər Kollegiyası direktorlar şurasının intizam üzrə məsul sabiq üzvü;
Sloveniya - Janez Starman, Sloveniya Vəkillər Kollegiyasının prezidenti;
Gürcüstan - İrakli Kandaşvili, Gürcüstan Vəkillər Kollegiyasının idarə heyətinin üzvü;
Polşa - Piotr Xıştonoviç, Toruń Vəkillər Kollegiyasında Vəkillər üçün Rayon İntizam Məhkəməsinin sədri;
 
Tədbir Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov və CCBE-in PECO komitəsinin rəhbəri Roman Zavrşek tərəfindən moderasiya olunacaq və sonda sual-cavab sessiyası təşkil ediləcək.
 
Tədbirin əsas hissəsi İngilis dilində olduğundan sinxron tərcümə təmin ediləcəkdir.
 
Vebinar Zoom platforması üzərindən keçiriləcək və Vəkillər Kollegiyasının rəsmi Facebook və Youtube səhifələrində birbaşa yayımlanacaqdır.
 
Tədbir ictimaiyyətə açıq olacaq. İştirak etmək istəyən şəxslər aşağıdakı Zoom iclasının şifrəsindən və ya birbaşa keçiddən istifadə edə bilərlər:
Zoom keçid:
https://us02web.zoom.us/j/86090449897?pwd=WngwdjdpWGtKNzdZdnBSQzVvNkVIZz09
İclasın identifikasiya nömrəsi: 860 9044 9897
Şifrə: 2022