16 fevral 2022-ci il tarixdə Vəkillər Kollegiyası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq 2019-2021 (PGG II) çərçivəsində Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində vəkillik peşəsinin Avropa standartlarına uyğun olaraq gücləndirilməsi”* regional layihəsinin fəaliyyətinə rəsmi olaraq qoşulmuşdur.
Layihə çərçivəsində Kollegiya “Genderlə əlaqəli məsələlərinin peşəyə və ədalətə çatımlılığa təsiri” adlı VIII analitik buraxılışın onlayn təqdimatlarında müşahidəçi qismində, Avropa Hakimlərinin Məşvərət Şurasının 16 saylı Şərhinin tətbiq edilməsi ilə bağlı hakimlərin və vəkillərin görüşlərində və qadın vəkillərin assosiasiyalarının dəstəklənməsi sahəsində yol xəritələri və konsepsiya sənədlərinin tərtib edilməsində iştirak edə biləcək, o cümlədən Azərbaycanda gənc hüquqşünaslar assosiasiyalarının üzvləri əlaqəli regional layihələrə cəlb olunacaq.
Bundan əlavə, Vəkillər Kollegiyasının üzvləri və digər hüquqşünaslar peşəkar fəaliyyətləri ilə bağlı müzakirələrdə iştirak üçün “Vəkillərin Regional Əməkdaşlıq Şəbəkəsi”ndə qeydiyyatdan keçməyə dəvət edilirlər:
Layihənin həm Kollegiya, həm Kollegiyanın üzvləri üçün faydalı olacağına inanır və vəkilləri layihənin fəaliyyətində aktiv iştirak etməyə dəvət edirik.