Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

15 aprel 2022    1365 share share

15.04.2022-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermişdir.
 
Daha sonra iclas gündəliyinə uyğun olaraq fəaliyyətlərində fərqlənmiş, həmçinin yubileylərini qeyd edən bəzi vəkillərin mükafatlandırılması və yeni büroların təsisi məsələlərinə baxılmış, müsbət qərar qəbul olunmuşdur.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.