15.04.2022-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermişdir.
Daha sonra iclas gündəliyinə uyğun olaraq fəaliyyətlərində fərqlənmiş, həmçinin yubileylərini qeyd edən bəzi vəkillərin mükafatlandırılması və yeni büroların məsələlərinə baxılmış, müsbət qərar qəbul olunmuşdur.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.