Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Silahlı Qüvvələri gününə həsr olunmuş ödənişsiz hüquqi yardım aksiyası

26 iyun 2022    1467 share share

Vəkillər Kollegiyası tərəfindən 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən hərbçilərə və ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Aksiya zamanı Vəkil qurumları tərəfindən müraciət etmiş 98 hərbçilərə və ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.

Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi pensiya hüququ, sosial təminat, ipoteka, nikahın pozulması və ərzaq təminatı ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.