100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Silahlı Qüvvələri gününə həsr olunmuş ödənişsiz hüquqi yardım aksiyası

26 June 2022    1468 share share

24 iyun 2022-ci il tarixində Vəkillər Kollegiyası tərəfindən 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən hərbçilərə və ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Aksiya zamanı Vəkil qurumları tərəfindən müraciət etmiş 98 hərbçilərə və ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.

Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi pensiya hüququ, sosial təminat, ipoteka, nikahın pozulması və ərzaq təminatı ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.