Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Anım Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir

28 sentyabr 2022    1231 share share

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin 09 dekabr 2020-ci il tarixli qərarına əsasən, şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınmışdır.
 
Həmin qərarın icrası ilə bağlı olaraq mütəmadi olaraq şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilir. Həmçinin, Vəkillər Kollegiyası tərəfindən “27 sentyabr - Anım Günü” münasibəti ilə ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstərilmişdir.
 
Aksiya zamanı Vəkil qurumları tərəfindən müraciət etmiş onlarla şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi pensiya hüququ, sosial təminat, ipoteka, nikahın pozulması və ərzaq təminatı ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.