Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Avropa Vəkillər Assosiasiyasına üzv qəbul olunmuşdur

29 sentyabr 2022    2059 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) beynəlxalq arenada uğurları davam edir. Son 4 il yarım ərzində bu sferada görülən işlərin məntiqi davamı olaraq, ARVK bu il də Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzvlüklə bağlı müraciət etmişdir. Müsbət qiymətləndirilmə və uğurlu keçən prosesdən sonra, 29 sentyabr 2022-ci il tarixdə ARVK rəsmi olaraq AEA-EAL-a üzv qəbul olunmuşdur.
 
AEA-EAL 1986-cı ildə üzvlər arasında əlaqələrin gücləndirilməsi (şəbəkənin qurulması), peşəkar fəaliyyətlə bağlı məsələlərdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və Avropa hüququ haqqında biliklərin paylaşılması məqsədilə Beynəlxalq Gənc Vəkillər Assosiasiyasının keçmiş üzvləri tərəfindən yaradılmışdır.
 
Assosiasiyanın Avropada və Avropadan kənarda müxtəlif yurisdiksiyalardan (Argentina, Avstriya, Belçika, Çexiya, Danimarka, Gürcüstan, Almaniya, İtaliya, Qazaxıstan, Polşa, İspaniya, İsveçrə, Hollandiya, Birləşmiş Krallıq, ABŞ və d.) üzvləri var. Genişlənməkdə davam edən şəbəkə üzvlərinin peşəkar və sosial əlaqələrini inkişaf etdirməyə xidmət edir.
 
Hazırda Assosiasiyanın üzvlərinin yarısı fərdi hüquqşünaslar, 40%-i hüquq firmaları və 10%-i vəkillər kollegiyalarıdır.
 
Assosiasiya və onun üzvlərimiz üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz: