Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa Vəkillər Günü (Avropa Ədalət Günü) ilə əlaqədar bütün ölkə ərazisində ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

25 oktyabr 2022    1697 share share

25 oktyabr Avropa Vəkillər Günü (Avropa Ədalət Günü) münasibətilə, hər il Vəkillər Kollegiyası müxtəlif aksiyalar həyata keçirir.

Bu il Avropada həmin gün ilə bağlı olaraq "Müharibə zamanı hüququn aliliyinin təmin edilməsi - vəkillərin rolu" mövzusu əsas istiqamət kimi müəyyən olunub.

Beynəlxalq sahədəki uğurların davamı olaraq, bu il də Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) və Avropa Vəkillər Assosiasiyasına (AEA EAL) üzv qəbul olunan Vəkillər Kollegiyası tərəfindən bu əlamətdar gündə öz avropalı həmkarları ilə həmrəyliy çərçivəsində Respublika üzrə müxtəlif ödənişsiz hüquqi yardım aksiyaları təşkil edilmişdir.

"Mirzəyev və partnyorları" Vəkil Bürosu və 33 saylı Vəkil Bürosunun vəkilləri Qobu Park Yaşayış Komplekslərində müvvəqqəti məskunlaşan məcburi köçkünlər üçün, “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosu tərəfindən Sosial Xidmət Müəssisəsində Ahıl şəxslər üçün, “Azərbaycan Qadın Vəkillər Alyansı” tərəfindən Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza çəkən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün hüquqi yardım aksiyas təşkil edilmişdir.

Əlavə olaraq, aksiya çərçivəsində “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu, Bərdə rayon Vəkil Bürosu, Bakı şəhəri 38 saylı Vəkil Bürosuda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Aksiyalar çərçivəsində ümimilikdə 120 nəfərədən çox vətəndaşa ödənişsiz hüquqi yardım görstərilmiş, hüquqi məsləhətlər verilmiş, həmçinin müvafiq yazılı ərizələr tərtib edilmişdir.