29 iyun 2018 5823
Avropa Şurası Nazirlər Komitəsinin (2004) 4 saylı Tövsiyəsinə, 2010-cu il İnterlaken, 2012-ci il Brayton və 2014-cü il Brüssel bəyannamələrinə müvafiq olaraq, “Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı” (HELP) üzv ölkələrə Avropa İnsan Hüquqları Konvensiyasının milli səviyyədə tətbiqi məqəsdilə dəstək verir.
HELP:
1. 47 üzv ölkədə fəaliyyət göstərən, hakimlərin, prokurorların və vəkillərin tədrisi ilə məşğul olan milli tədris müəssisələrinin şəbəkəsidir;
2. İnsan hüquqları üzrə elektron tədris platformasıdır;
3. İnsan hüquqları üzrə tədris metodologiyasıdır.
Azərbaycanda HELP Proqramının müxtəlif peşələrdan olan hüquqşünaslar arasında geniş təşviqinə 2015-ci ildən etibarən başlanılmışdır. Proqramın təşviqi məsələsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Ədliyya Akademiyası Avropa Şurası ilə sıx əməkdaşlıq etməkdədir. Bu gün üçün artıq Vəkillər Kollegiyasının 9 üzvü HELP metodologiyası əsasında tədris üzrə sertifikatlaşmış təlimçilərdir ki, təlimçilər tərəfindən bu günədək 2 dəfə HELP distant kursu keçirilmişdir.
HELP Proqramının Azərbaycan səhifəsinə keçid