100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkil günü - peşə bayramı ilə bağlı silsilə tədbirlər çərçivəsində şagird və tələbələrlə görüş və maarifləndirmə tədbirləri keçirilib

29 December 2022    1249 share share

28 dekabr “Vəkil günü” peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təşkil olunmuş silsilə tədbirlərin davamı olaraq Kollegiyanın üzvləri tərəfindən bir sıra ümumi orta və ali təhsil müəssisələrində “Maarifləndirmə tədbirləri” çərçivəsində  “Vəkil saatı” təşkil edilmişdir.
 
  • Belə ki, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov Bakı Dövlət Universitetinin hüquq tələbələri ilə görüşdə iştirak etmişdir.
  • Həmçinin, Vəkillər Kollegiyasının sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquq tələbələri ilə görüşdə iştirak etmişdir.
  • Daha sonra, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Aqil Nuriyev və “BHM və partnyorları” vəkil bürosunun vəkili Rüfət Bədirli Azərbaycan Milli Aviasiya Akademiyasının “hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdə iştirak etmişlər.
Görüşlərdə vəkilliyin tarixi, peşə günü təsis olunmasının əhəmiyyəti barədə məlumat verilmiş, vəkillik fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran suallara cavab verilmişdir.
  • Eyni zamanda, “İdrak liseyi”nin Bakı filialında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 12 saylı vəkil bürosunun vəkili Lalə Nağıyeva, liseyin Sumqayıt filialında isə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Nuranə Carçalova tərəfindən;
  • Sumqayıt şəhərində yerləşən ümumi orta məktəb və liseylərdə Sumqayıt Regional vəkil bürosunun vəkilləri hüquqi maarifləndirmə çərçivəsində 7 saylı məktəbdə Anar Qasımlı, 21 saylı məktəbdə Emil  Mirzəyev, 22 saylı məktəbdə Günel Səfərli, 23 saylı məktəbdə Fərhad İsmayılov, 28 saylı məktəbdə Elşad İsayev, 30 saylı məktəbdə Salman Qasımov, 33 saylı məktəbdə Könül Qədimalıyeva, 34 saylı məktəbdə Orxan Əliyev və Ruslan Mustafazadə, eyni zamanda, “Təfəkkür” liseyində Məhərrəm Səfizadə, “İstedad” liseyində Rəşad İldırımzadə, Qubadlı/Çaytumas məktəbində Sədirxan Sədirxanov tərəfindən;
  • Şəki şəhərinin 5 saylı, 8 saylı, 10 saylı və 18 saylı liseylərində, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialında, həmçinin, “Şəki Dövlət Regional Kolleci”nin nəzdində yerləşən “Musiqi kolleci”ndə, “Pedoqoji” və “Texniki” kolleclərdə Şəki Regional vəkil bürosunun vəkilləri Xəyal İbrahimov, Zaur Bayramov, Dəyanət Mustafayev, Elbrus Məmmədov və Fərid Əliyev tərəfindən;
  • Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Şirvan Regional vəkil bürosunun vəkilləri Salman Fərəcov və Emil Quliyev tərəfindən;
  • Gəncə Dövlət Universitetində Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri Camal Əliyev, Səadət Seyidli, Elnur Əliyev, Elsevər Məmmədov və Asif Abdullayev tərəfindən maarifləndirmə tədbirləri keçirilmişdir.
Qeyd olunan tədbirdə ümumilikdə Vəkillər Kollegiyasının 28 üzvü iştirak etmiş, 1000-dən artıq tələbə və şagirdlərlə görüş keçirilmişdir.