100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə HESABAT

02 January 2023    2633 share share

Məlum olduğu kimi son dövrlərdə Azərbaycanda bir sıra sahələrdə olduğu kimi vəkillik institutu da inkişafı yolunu tutmuş, bu sahədə ardıcıl, eyni zamanda əsaslı tədbirlər keçirilir. Görülən işlərin nəticəsi kimi Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, ölkəmizdə vəkillik peşəsinin nüfuzunun artmasında mühüm rol oynayıb.
 
Heç kimə sirr deyildir ki, 2017-ci il dekabr ayından bu yana vəkillik sahəsində ardıcıl islahatlar aparılmış və bunun məntiqi nəticəsi olaraq vəkillərin sayı 2.5 dəfədən çox artmış, Kollegiya aralarında CCBE də olmaqla dünyanın ən nüfüzlu beynəlxalq hüquq təşkilatlarına üzv olmuş, gənclərlə iş sahəsində mütərəqqi addımlar atmışdır. Kollegiya bir sıra dövlət və qeyri-dövlət qurumları ilə memorandumlar imzalamış, vəkillərin rastlaşdığı problemləri aidiyyatı qurumlar qarşısında qaldırmışdır.
 
Təqdim olunan “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dekabr 2017 – Dekabr 2022-ci illər üzrə Fəaliyyəti Barədə Hesabat” adlı nəşrdə Kollegiyanın son 5 ildə görüdüyü işlər, apardığı ardıcıl və sistemli islahatlar öz əksini tapmışdır.
 
Hesabatda hüquq islahatlarına dəstək, vəkillik sahəsində islahatlar, vəkillərin fəaliyyətinə dəstək, vəkil həmrəyliyi və karantin dövründə vəkillik, vəkilliyin təşkilatlanması və vəkilliyə qəbul, regionlarda vəkillik və vəkil büroları, beynəlxalq əməkdaşlıq, 44 günlük vətən müharibəsi (II Qarabağ Müharibəsi), gənclərə dəstək, sosial aksiyalar, yarışmalar və ictimai fəaliyyət, vəkillərin intizam məsələləri, ödənişsiz hüquqi yardım, dövlət hesabına hüquqi yardım, əməkdaşlıq memorandumları və yerli tədbirlərlə bağlı geniş, hər tərəfli məlumatlar öz əksini tapmışdır.

Hesabatda mündəricatdakı başlıqlara toxunmaqla həmin hissəyə-mövzuya keçid etməklə siz hər bir mövzu ilə geniş tanış ola, həmçinin müvafiq QR kodları oxutmaqla həmin hissə ilə bağlı daha geniş məlumat əldə edə bilərsiz.

Qeyd olunmalıdır ki, Hesabat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və BMT‑nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həmmaliyyə dəstəyi ilə işıq üzü görmüşdür.
 
Hesabatla buradan tanış ola bilərsiz.