100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Konstitusiya Məhkəməsində Qış Məktəbinin iştirakçıları üçün səhnələşdirilmiş məhkəmə keçirilmişdir

15 February 2023    1414 share share

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinə start verilmişdir.
 
Layihə çərçivəsində 15.02.2023-cü il tarixində qış məktəbinin iştirakçısı olan hüquqşünas tələbələr üçün səhnələşdirilmiş Avropa İnsan Hüquqları Məhkəməsi  Simulyasiyası təşkil edilmişdir.
 
Vəkillər Kollegiyasının üzvü Nihad Əliyevin sədrliyi ilə aparılan iclasda hakim qismində Nihad Əliyev, Nəzrin Əliyeva, Lalə Fərzəliyeva, Anar Məmişov, Elyar Həsənov, Sadiq Bağırov və Səttar Məmmədov çıxış etmişlər.
 
Məhkəmə prosesində ərizəçi tərəf Konvensiyanın 6 və 8-ci maddələri ilə qorunan hüquqlarının pozulması ilə bağlı Məhkəməyə müraciət etmişlər.
 
Tərəflərin çıxışı dinlənildikdən sonra sədrlik edən hakim yekun qərarı elan etmiş və qərarın qəbul edilməsinə səbəb olan hallar ətraflı izah olunmuşdur.
 
Tələbələr tərəfindən maraqla izlənilən iclasın sonunda simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanmışdır.
 
Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilini səmərəli keçirməsi məqsədilə təşkil olunmuşdur.