100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda praktiki təlim keçirilmişdir

13 April 2023    894 share share

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə təlim keçirilib. “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda keçirilən təlimdə Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin üzvləri, AmCham-a üzv olan təsərrüfat subyektlərinin nümayəndələri, biznes hüququ ilə məşğul olan vəkillər və hüquqşünaslardan ibarət olmaqla, ümumilikdə 60-dan çox şəxs iştirak edib.
 
Təlimdə Dövlət Xidmətinin antiinhisar və rəqabət sahəsində mövcud fəaliyyəti, baxılmış işlərlə bağlı qəbul edilmiş qərarların hüquqi aspektləri, bu sahədə mövcud olan boşluqlar, yeniliklər barədə məlumat verilib.
 
Tədbir zamanı Dövlət Xidmətinin nümayəndələri antiinhisar, təbii inhisarlara dövlət nəzarəti, haqsız rəqabət və reklam qanunvericiliyi barədə iştirakçıları məlumatlandırıb. Dövlət Xidmətinin bu sahələrdə mövcud fəaliyyəti, baxılmış işlərlə bağlı qəbul edilmiş qərarların hüquqi aspektləri və məhkəmə təcrübəsi əsasında müzakirələr aparılıb.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.