100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

İmişlidə "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçirilib

25 April 2023    911 share share

İmişlidə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” adlı tədbir keçirib.
 
"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə  “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” adlı layihə təşkil etmişdir.
 
Layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının İmişli Rayon Təşkilatının inzibati binasında "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçirib.
 
Tədbirdə Yeni Azərbaycan Partiyası İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, İmişli İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev,  "Müasir İnternet Resursların İnkişafı" İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov,  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, İmişli Vəkil Bürosunun əməkdaşları, rayon  ictimaiyyətinin  nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər.
 
Çıxış edənlər deyiblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın rəhbərliyi ilə ölkəmizin həssas təbəqəsi olan Şəhid ailələri müharibə iştirakçılarına göstərilən dövlət qayğısı uğurla davam etdirilir.
 
Tədbirlə bağlı "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, layihəni həyata keçirməkdə əsas məqsəd qalib Prezident cənab İlham Əliyevin sosial siyasətinə  ictimai, hüquqi dəstək göstərməkdir.
 
Birlik sədri  deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə İmişli rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə  hüquqi maarifləndirmə tədbiri keçiriblər.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, diplom təsdiqi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.