100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“2023-cü il HEYDƏR ƏLİYEV İLİ” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Açıq qapı günü” təşkil edilib

10 May 2023    932 share share

10 may 2023-cü il tarixində “2023-cü il HEYDƏR ƏLİYEV İLİ”  ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təşkil olunmuş silsilə tədbirlər çərçivəsində respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü keçirilmişdir.

Belə ki,
Bakı şəhərində “Pro Bono” və “De Fendo” vəkil bürolarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir. Vətəndaşlar bu aksiyalarda aktiv iştirak etmiş, ümumilikdə 50 nəfərdən çox şəxs ödənişsiz hüquqi yardımdan yararlanmışdır.

Bilgəhdə yerləşən Ahıl Şəxslərin Sosial Reabilitasiya və Bərpa Mərkəzində isə “Universal” Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara hüquqi məsələlərlə bağlı məsləhətlər vermişlər.
Tədbirlər çərçivəsində Gəncə, Şəki və Şirvan Regional Vəkil Büroları tərəfindən həmin bölgələrdə yaşayan 40-dan çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilmişdir.


Həmçinin, Vəkillər Kollegiyasının "Qadın Vəkillər Alyansı"nın 10 üzvü Naxçıvan Muxtar Respublikasına səfər edərək, orada 20-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi məsləhətlər verib, müvafiq yazılı sənədlər tərtib olunub.

Müraciətlərin əksəriyyəti mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, veteran adı, pensiya, əlillik, vərəsəlik, torpaq mübahisələri, ailə münasibətləri və s. ilə bağlı olmuşdur.