100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir

15 May 2023    646 share share

Vəkillər Kollegiyasında Avropa Şurasının rəhbərliyi ilə görüş keçirilib

15 may 2023-cü ildə Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olub.

Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonağı salamlamış, son dövrlər Avropa Şurası ilə Kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun Kollegiya üçün əhəmiyyətindən bəhs etmişdir.

Daha sonra, Avropa Şurasının Bakı Ofisin rəhbərinə həyata keçirilən islahatlarla daha ətraflı tanış olması üçün təqdimat nümayiş edilib və ötən müddət ərzində müxtəlif istiqamətlərdə köklü şəkildə görülən işlər barədə məlumat verilmiş, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışılmış və əldə olunmuş beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirmişdir.

Petr Zix isə səmimi görüşə görə təşəkkürlərini bildirib, son bir neçə ildə həyata keçirilən fəaliyyətin təqdirəlayiq hesab etdiyini qeyd etmişdir. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi edilmiş və gələcək əməkdaşlıq barədə təkliflər müzakirə olunmuşdur.