100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası ABŞ-nin Kommersiya Departamenti ilə əməkdaşlığa başlayır

19 May 2023    753 share share

Vəkillər Kollegiyası ABŞ-nin Kommersiya Departamenti ilə əməkdaşlığa başlayır

18 may 2023-cü il tarixində ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark və ABŞ-nin ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov Vəkillər Kollegiyasında olublar.

Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.

A.Bağırov ABŞ-nin arbitraj sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəmizdə təcrübə mübadiləsinin aparılmasının, xüsusilə də vəkillər üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu və bu sahədə əməkdaşlığın qurulmasına müsbət baxdığını diqqətə çatdırıb.

Qəbul üçün təşəkkürünü bildirən Skip Mark Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığı qurulmasını yüksək qiymətləndirib. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını qeyd edib.

Sonra nüzakirələr davam edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.