100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri Vəkillər Kollegiyasında olublar

23 May 2023    931 share share

23 may 2023-cü il tarixində ABŞ-nin Azərbaycandakı səfirliyinin siyasi işlər şöbəsinin müdiri Mihail Serokanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Vəkillər Kollegiyasında görüş keçirilib.
 
Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illərdə vəkillik sahəsində görülmüş işlərdən, habelə, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən bəhs etmiş və qeyd olunan istiqamətlərdə görülən işlər barədə təqdimat keçirilərək təfərrüatlı məlumat qonaqların diqqətinə çatdırılmışdır.
 
Qəbul üçün təşəkkürünü bildirən Mihail Seroka Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əlaqələrin gücləndirilməsini, öncələr birgə keçirilmiş layihələrin əhəmiyyətini vurğulayaraq, bu cür əməkdaşlığı hər zaman yüksək qiymətləndirdiyini qeyd etmişdir.
 
Görüşdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub, Aparat rəhbəri Bayram Orucov, sədrin müşaviri Fərhad Nəcəfov, ABŞ-nin Azərbaycandakı səfirliyində siyasi işlər üzrə müşavir Brett Dvorak və siyasi işlər üzrə ekspert Cavid Əlisgəndərli iştirak etmiş və Amerikanın hüquq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumları ilə əməkdaşlıq, onun gələcək perspektivləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.