100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının Final mərhələsi keçirilmişdir

08 June 2023    1120 share share

07.06.2023-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının Final mərhələsi keçirilmişdir.
  
Final mərhələsində kassator qismində “The Court Jesters”, digər tərəf isə “The Advocacy Avangers” komandası çıxış etmişdirlər.
 
Final Mərhələsində prosesə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılmışdır. Qiymətləndirilmə nəticəsində “The Court Jesters”komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunmuş, “The Advocacy Avangers” komandasının üzvləri Rüstəm Əzimli və Mehri Qurbanova isə II yerə layiq görülmüşdürlər.
 
Müsabiqənin sonunda qaliblərə 500 AZN dəyərində mükafat, Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan “Bir ömür belə keçdi” adlı kitab, sertifikat, kubok təqdim edilmiş, ikinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat, “Bir ömür belə keçdi” adlı kitab və sertifikat verilmişdir.
 
Bununla yanaşı finalistlərə “Bona Mente” konsaltinq şirkəti tərəfində karyera kouçinq  imkanı təqdim olunmuşdur.

























​​​​​​​